Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub

15-05-2018, 14:39
Oxunub: 404
Dövlət başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış olublar


Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

Dövlət başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

Prezident və birinci xanım həmçinin kompleksin bağçasında yaradılan şəraitlə də tanış olublar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti