“İmkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”

15-05-2018, 12:03
Oxunub: 416
“Belə hal dinə şəkk, Allaha üsyan etməkdir"


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.

O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti