KXDR və Cənubi Koreya arasında növbəti görüş keçiriləcək

15-05-2018, 11:24
Oxunub: 270
Rəsmi Pxenyanın təklifi ilə gerçəkləşən görüşün mayın 16-da keçiriləcəyi gözlənilir


KXDR və Cənubi Koreya rəsmiləri arasında növbəti görüş keçiriləcək.

APA-nın xəbərinə görə bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Rəsmi Pxenyanın təklifi ilə gerçəkləşən görüşün mayın 16-da keçiriləcəyi gözlənilir. Agentliyə görə hazırda tərəflər qarşıdan gələn görüşün detallarını müzakirə edirlər. Bildirilir ki, görüş zamanı tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə dialoqun bərpası məsələlərinə toxunacaqlar.

Xatırladaq ki, aprelin 27-də Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında tarixi görüş keçirilib. Sammitin yekunlarına dair tərəflər birgə sənəd imzalayıblar. Bundan əvvəl KXDR nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti