Azərbaycan və Gürcüstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

15-05-2018, 03:51
Oxunub: 191
"Biz qərara gəlmişik ki, bu sahədə səylərimizi daha artıraq"


“Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu sahədə parlamentlərarası dostluq qruplarının üzərinə böyük iş düşür”.

Report-un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Azərbaycan və Gürcüstanın əsas qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin Tbilisidə keçirilən görüşündə səslənib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əflatun Amaşov deyib ki, Azərbaycan tərəfi əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Parlamentlər arasında əlaqələrin daha da dərinləşməsinə böyük ehtiyac var. Gürcüstana səfərin əsas məqsədi də bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib ki, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığa dair müzakirə olunmalı çoxlu məsələlər var. Gürcüstan parlamenti hökumət üzvləri ilə bu məsələni müzakirə edib. Biz qərara gəlmişik ki, bu sahədə səylərimizi daha artıraq. İnanırıq ki, bu əməkdaşlıq bütün sahələrdə münasibətlərimizin inkişafına və möhkəmlənməsinə xidmət edəcək.

Görüşdə, iqtisadi-ticarət, mədəni və humanitar sahələrdəki vəziyyət, Böyük İpək yolu, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin əməkdaşlığımızın daha da genişlənməsinə, regional əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti