Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

15-05-2018, 01:04
Oxunub: 3608
"Övladlarınızla, gözəl gənclərimizlə nə qədər qürur duysanız azdır"


Uşak Universiteti Rabitə fakültəsi, 2017-2018-ci tədris ili sonunda üç ixtisas üzrə təxminən 200 tələbənin məzun olmasının sevincini yaşayıb.

Uşak Universiteti Rəcəb Tayyib Ərdoğan Konqres Mərkəzində keçirilən Rabitə fakültəsi məzun mərasimi Türkiyə himni ilə başlayıb. Tədbirdə çıxış edən Rabitə fakültəsi dekanı professor Murat Öntuğ çıxışı zamanı bunları deyib:

“2017-2018-ci tədris ilində fakültəmizdə 1750 tələbə var, lakin yeni media ixtisası xaricində digər jurnalistika, radio-televiziya, kinematoqrafiya və ictimaiyyətlə əlaqələr, reklam ixtisasları üzrə dəyərli tələbələrimiz bu il məzun oldular. Əvvəlcə əməyi keçən bütün müəllimlərə təşəkkürümü bildirirəm. Çünki onlara həqiqəti, haqdan ayrılmamağı, mübariz olmağı və jurnalistika prinsiplərinə tabe olmalı olduqlarını hər zaman öyrətdik və dərslərdə bunları yorulmadan tədris etdik. Məzunlarımıza ömürlük uğurlar arzu edirəm”.

Tədbirdə iştirak edən Uşak Universiteti rektorunun köməkçisi professor Mətin Gümüş, “Tələbələrin bu anını paylaşmaqdan şadam. Məzun olan dəyərli tələbələrimizin uğurlarının ömür boyu davam etməsini arzu edirəm. Hörmətli gənclər, göstərmiş olduğunuz uğurlarda əməyi keçən müəllimlərimə və çox dəyərli valideyinlərimizə təşəkkür etmək istərdim. Dəyərli müəllimlərim, bu gənc dostlarımızı böyük bir fədakarlıqla günümüzün modern tələblərinə uyğun hazırladığınız və öz övladlarımızı yetişdirdiyimiz kimi fədakarcasına yetişdirdiyiniz üçün ürəkdən minnətdarlığımı bildirirəm. Dəyərli analar və atalar Allahın bizə bəxş etmiş olduğu ən böyük nemətlər olan övladlarımızı çox böyük fədakarlıqlarla bu günlərə gətirmisiniz. Bu əsər sizlərin əsəridir. Övladlarınızla, gözəl gənclərimizlə nə qədər qürur duysanız azdır. Hər birinizə bu gözəl əsərlərinizdən dolayı təşəkkür edirəm"- deyə öz çıxışında bildirib.

Çıxışında məzun olan gənclərə də müraciət edən rektor köməkçisi Mətin Gümüş, fikirlərini bu cümlələrlə ifadə edib: "Dəyərli tələbələr dörd illik tədrisi bitirdik, ancaq bu gün sizlərə bəlkə son dərs olaraq bir neçə nüansı təkrar etmək istəyirəm. Əlbəttə bu bir həyat yoludur, bu həyat yolunda göstərmiş olduğunuz uğur, uğur pillələrinin biridir. Ölkəmizin və insanlığın sizlərin daha böyük uğurlara imza atmağınıza ehtiyacı var. İnanıram ki, sizlər bu günə qədər göstərmiş olduğunuz uğurlardan daha da böyük uğurlar əldə edəcəksiniz. Konfutsi deyir ki, “İnsanlar yaradılışları etibarilə bir-birindən fərqli deyildir. Onları bir-birindən fərqləndirən onların ağlıdır”. Dolayısı ilə uğura aparan yolda gözəl vərdişlərə sahib olmalısınız. Tədris müddətində əldə etdiyiniz gözəl vərdişləri ömrünüz boyunca davam etdirməlisiniz. Öyrənməyin ömür boyu olmasının həyat fəlsəfəsi olduğu dönəmdə, mütəmadi olaraq özünüzü inkişaf etdirməli və peşənizdə daha da uğurlu olmalısınız. Daha güclü Türkiyənin olması üçün gənc dostlarımız daha məsuliyyətli olmalıdır. Üzərlərinə götürdükləri işləri həyata keçirmək üçün gənc dostlarımız davamlı çalışmalı və özlərini inkişaf etdirməlidir”.

Çıxışlardan sonra fərqlənmələrlə tədris həyatını bitirən tələbələrə və digər məzunlara müəllimlər tərəfindən diplom və təltiflər verildi. Diplom alan tələbələr musiqi müşayiəti ilə cəm halında geriyə sayaraq şapkalarını havaya atdılar. Böyük sevinc, həyəcan içində keçən tədbirdə, övladlarının yaşadığı bu anlamlı gündə ailələr də onların yanında idi.
Çox sayda iştirakçının olduğu tədbirdə Uşak Universitetinin musiqi qrupu tərəfindən musiqi çıxışları edildi. Tədbirdən sonra, gələn qonaqlara foyedə yemək servisi təşkil edilib. 

Qeyd edək ki, Uşak Universitetində çox sayda azərbaycanlı tələbə də təhsil alır.

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

Uşak Universitetində məzun gecəsi keçirilib - Fotolar

 

Orxan Yaquboğlu
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti