Əhvalsızlıq empatiya hissimizə necə təsir göstərir?

14-05-2018, 16:00
Oxunub: 351
"Neqativ hisslər insanı öz problemləri üzərində daha çox düşünməyə vadar edir"


Araşdırmalar göstərir ki, empatiya qurmaq insanların hal və vəziyyətlərinə görə müxtəliflik təşkil edir. Hisslərimiz, başqalarının əzablarına beynimizin göstərdiyi reaksiyaya, yəni empatiya qurmağımıza mane olur. Xüsusi olaraq da pis hiss etməyimiz sosial həyatımıza təsir göstərir.

Əhvalımız yediyimiz yeməklərdə özünü büruzə verir. Pis hiss etdiyimiz vaxtlarda daha qeyri-sağlam qidalarla qidalanırıq, dostlarımızla əlaqələrin də bir neçə şəkildə təsir göstərdiyi bilinir. Dostlarımızın əhvalı pis olduqda bizə də təsir göstərir. Belə ki, əhvalın mənfiliyi sosial mediada da yayıla bilər. Duyğularımız o qədər güclüdür ki, pozitiv olduğumuz zaman daha az fiziki əziyyət, neqativ olduğumuz zamanlarda isə hədsiz əziyyət çəkdiyimizi hiss edirik.

2017-ci ilin dekabr ayında yayımlanan araşdırmalardan birinə görə əhvalın pis olması beynimizdə empatiya funksiyasına təsir göstərir. Cenevre Universitetindən Emili Qiao-Tasserit komandası ilə birgə etdiyi araşdırmada hisslərimizin başqalarının acısına verdiyimiz reaksiyaya necə təsir göstərdiyini tədqiq etdi. Neqativ duyğuların beynin başqalarının əzabına hissiyyatlı olmaq potensialına mane olduğu görüldü. Eyni komandanın başqa bir araşdırmasında isə neqativ videoya baxdırılır, bu təcrübələrdən sonra onlara göstərilən neytral bir üz ifadəsini daha mənfi dəyərləndirdikləri müşahidə edildi. Əlbəttə, bunun real həyatda da qarşılığı var. Əhvalın pis olması bizi başqalarının duyğularına qarşı vecsizləşdirə bilir.

Empatiya azlığı nümunə olaraq yardım dərnəklərinə daha az kömək etməyimizə səbəb ola bilər. Həmçinin beyin tədqiqatlarında sosial əhatəmizin xaricindəkilərə qarşı daha az empatiya göstərdiyimiz ortaya çıxır. Bəs neqativ duyğular empatiyanı niyə azaldır? Bunun səbəbi xüsusi bir empatiya növünün işə başlamağı ola bilər. İki növ empatiyadan söhbət gedir: Empatik baxım (bir ananın övladına göstərdiyi empatiya) və empatik sıxıntı. Eyni universitetdən Olqa Klimekiye görə bir başqasının başına pis bir hadisə gəldiyi zaman empatik sıxıntı işə başlayır və mənfi duyğular içində itib getmək yerinə özünüzü qorumaq duyğusu üstün gəlir. Təbii ki, belə bir sarsıntı mərhəmət hissini də azaldır. Neqativ hisslər həmçinin insanı öz problemləri üzərində daha çox düşünməyə vadar edir. Qiano - Tasserit deyirdi ki, “Çox mənfi hisslərə sahib narahat və depressiv xəstələr öz problemlərinə fokuslanıb daha da çox təcrid olunurlar”. Klimekin 2016-cı ildə apardığı araşdırmaların birində empatiya probleminin təcavüzkarlığı artırdığı, mərhəmət hissini isə azaltdığı görüldü. Klimekin empatiya ilə bağlı apardığı araşdırmalar insanların daha xoşgörülü ola biləcəklərinin mümkün olduğunu göstərir. Çünki başqalarına aid emosional cavablarımız dəyişdirilə bilər. Bir az daha pozitiv düşünsək, başqalarının ehtiyaclarına qarşı daha həssas ola bilərik. Qiao-Tasseritin fikirincə, “Beləliklə, çox daha yaxşı münasibətlər qura bilərik, bu da xoşbəxtliyin vacib bir ünsürüdür.”

Yəni artıq əhvalınız pis olduğu zaman pessimist romanlar oxuyub, qorxu filmləri izlədiyiniz vaxtlarda bunun insanlar ilə gündəlik münasibətlərinizə necə təsir göstərdiyini fikirləşin. Bu, tamamilə empatiya azlığı, başqalarının əzabına qarşı daha qeyri-həssas olmağın reseptidir.
Tərcümə: Günay Əliyeva
Mənbə: bbc.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti