BFB-nin dövriyyəsi 3 dəfəyə yaxın artıb

14-05-2018, 15:07
Oxunub: 173
Son bir ildə bağlanmış əqdlərin sayı isə 68,8% artaraq 39 182-yə çatıb


Bu ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7,62 mlrd. manat təşkil edib.

Report BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 68,8% artaraq 39 182-yə çatıb.

BFB-nin dövriyyəsinin 45,5%-i və yaxud 3,464 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu, bir il əvvələ nisbətən 2,7 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,1 dəfə artaraq 3,604 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 90,6% azalaraq 0,056 mlrd. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 10,3% azalaraq 0,206 mlrd. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 27,5 dəfə artaraq 0,29 mlrd. manat olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti