Tramp KXDR-ə təşəkkür edib

13-05-2018, 02:02
Oxunub: 195
"Sağ olun, çox ağıllı və alicənab jestdir"


ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib.

Report TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Twitter"də yazıb.

"Şimali Koreya elan edib ki, iyunun 12-də keçiriləcək böyük sammit (Trampla KXDR lideri Kim Çen In arasında görüş) ərəfəsində bu ay nüvə poliqonunu bağlayır. Sağ olun, çox ağıllı və alicənab jestdir", - deyə o yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim mayın 23-25-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti