Ziqmund Freyd - Dostoyevskinin qumar vərdişinin psixoloji analizi

12-05-2018, 16:00
Oxunub: 1557
"Dostoyevskinin özünə verdiyi bu cəzalarla özünü günahkar hissetmə ehtiyacı təmin olunurdu"


Ölümündən sonra çap edilən yazıları və həyat yoldaşının yazdığı gündəlik Dostoyevskinin həyatının bir bölümünü, Parisdəki qumara alışdığı dövrü tam açıqlığı ilə əks etdirir. Bu, hər kəsin anlamadığı, qəbul edə bilmədiyi patoloji bir ehtiras növüdür.

Şübhəsiz ki, Dostoyevski də çirkin, qəribə davranışlara sahib idi. Nevroz xəstələrində tez-tez rast gəlinən günah duyğusu Dostoyevskidə borc yükü altında özünü göstərmişdi. Dostoyevskiyə görə qumar oynamaqda əsas məqsəd Rusiyaya qayıtma imkanı qazanmaq, onu həbs etməklərinə imkan vermədən borclarını qaytarmaq idi. Sənətkar bunun bir bəhanə olduğunu anlayır və dürüstcə etiraf edirdi. Anlayırdı ki, əsl məsələ oyunun özü idi.

Məktublarının birində Dostoyevski yazır ki, önəmli olan oyunun özü idi. Təbii ki, ilk dönəmlərdə pul qazanmaq lazım idi. Ancaq sizi inandırım ki, pul qazanmaq ehtirasından elə də ciddi söhbət gedə bilməzdi. Onun instinktiv və mənasız davranışının bütün detalları bir həqiqəti sübut etdi. Oyuna başladıqdan sonra bütün pulunu itirmədən rahat olmurdu. Qumar özünə cəza vermək üçün bir vasitəyə çevrildi. Gənc arvadına dəfələrlə qumar oynamayacağına söz versə də, sözünə əməl etmirdi. Qumardakı itkiləri ilə həm özünü, həm arvadını böyük itkilərə sürükləyirdi. Bu, onun üçün ikinci bir patoloji doyum mənbəyi idi. Arvadı tərəfindən danlanılmasına, özünün təhqir edilməsinə və özü kimi islah olunmaz biri ilə evləndiyi üçün arvadında peşmanlıq duyğusu yaratmasına səbəb olurdu. Növbəti gün vicdanını rahatlatdıqdan sonra yenidən qumar masasına otururdu. Gənc arvadı Dostoyevskinin zaman-zaman yenilənən davranışına zamanla alışmışdı. Yeganə qurtuluş yolu zamin qoymaq üçün sahib olduqları hər şeyi itirəndən sonra Dostoyevskinin daha məhsuldar çalışması idi. Ancaq iki vəziyyət arasındakı münasibətin daxili mənasını anlamaqda aciz idi. Dostoyevskinin özünə verdiyi bu cəzalarla özünü günahkar hissetmə ehtiyacı təmin olunurdu. Həmçinin bu günahkarlıq duyğusuna ehtiyacın nəticəsində Dostoyevskinin yaradıcılıq fəaliyyətini ləngidən səbəblər aradan qalxır, nəticədə yazıçı uğur qazanırdı.
Tərcümə: Nicat Həşimzadə
Mənbə: Ziqmund Freyd "Sənət və sənətçilər barədə"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti