Polis icra başçısını taxtayla döydü

13-12-2012, 12:40
Oxunub: 11157


Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, yol-patrul inspektoru Vüqar Sultanov Gəncə şəhərində yerləşən və Xatirə parkı adı ilə tanınan ərazidə ədəbsiz hərəkət edərkən, onu həmin parkın yerləşdiyi Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev görüb. İcra başçısı həmin polis nəfərinə iradını bildirib və ona özünü layiqli aparmalı olduğunu bildirib. Polis əməkdaşı M.Mustafayevin iradını özünə təhqir bilərək, icra başçısına hücum edib. O, əlinə keçən daş və taxta parçasıyla M.Mustafayevi vurub. Yaxınlıqdakı şəxslər polis əməkdaşını çətinliklə də olsa, sakitləşdirə biliblər. İcra başçısı hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsin cəzalandırılmasını tələb edib.

Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıxov Lent.az-a bildirib ki, hazırda icra başçısının müraciəti əsasında araşdırmalar davam etdirilir. Polis rəisi, hadisə baş verən vaxt Vüqar Sultanov məzuniyyətdə olduğunu bildirib: "İcra başçısı əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan yol patrul inspektoru Vüqar Sultanov onlara yaxınlaşıb. O icra başçısını tanıyıb və anlaşılmazlığa görə üzrxahlıq etmək istəyib. Məharət müəllim isə ona iradını bildirib. V.Sultanov isə iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı müraciət edib. Hadisə vaxtı hər hansı xəsarət qeydə alınmayıb, söyüş-təhqiramiz ifadələr işlədilib”.

Ə.Sadıxov toplanmış faktların prokurorluğa göndərilidiyi və araşdırmanın prokurorluqda aparılacağını da deyib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, icra başçısını təhqir edib, ona hücum edən polis əməkdaşı sərxoş vəziyyətdə olub.
Şərhlər : 1 Şərh yaz
Adam 6 may 2013 08:20  
Ellerine sagliq! Gerek onu wikest edeydi!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti