Elmar Məmmədyarov Rusiyaya gedir

18-05-2013, 15:47
Oxunub: 933


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Rusiyaya rəsmi səfərə gedəcək.

 

APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.


Elmar Məmmədyarovun Rusiya paytaxtında aparacağı danışıqların əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təşkil edəcək.

XİN başçıları xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar.

Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti