Cənubi Koreya prezidenti ilə KXDR lideri arasında telefon danışığı olacaq

11-05-2018, 10:52
Oxunub: 160
"Zəng yaxın vaxtlarda olacaq"


Tezliklə Cənubi Koreya prezidenti Mun Çje Inla KXDR lideri Kim Çen In arasında ilk telefon danışığı olacaq.

Report xəbər verir ki, bu barədə "Renxap" agentliyi Cənubi Koreya administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıq iki ölkə arasında yaradılmış "Qaynar xətt" vasitəsilə reallaşacaq. "Zəng yaxın vaxtlarda olacaq", - deyə məmur agentliyə bildirib.

Telefon danışığının ABŞ-KXDR sammitinə qədər baş tutacağı qeyd edilir. KXDR liderinin Cənubi Koreya prezidenti ilə hansı məsələləri müzakirə edəcəyi açıqlanmır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti