Tramp İranla yeni nüvə sazişi imzalamağı planlaşdırdığını bildirib

11-05-2018, 10:42
Oxunub: 321
"Mən ümid edirəm ki, onlarla saziş bağlamaq mümkün olacaq"


Vaşinqton İranın nüvə proqramı üzrə birgə, hərtərəfli fəaliyyət planını yerinə yetirməyi başa çatdırmaq barədə qərara son qoyduqdan sonra Birləşmiş Ştatlar İranla yeni nüvə sazişi imzalamağa ümid edir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İndiana ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Mən ümid edirəm ki, onlarla saziş bağlamaq mümkün olacaq. Bu, onlar üçün yeni, yaxşı, düzgün sövdələşmə olacaq. Amma biz imkan verə bilmərik ki, onlar nüvə silahı əldə etsin", - deyə o bildirib.

"Biz (İranın) bu (nüvə) obyekti yoxlamaq və obyektə düşmək iqtidarında olmalıyıq. Biz onların hərbi bazasına düşmək iqtidarında olmalıyıq ki, sadəcə hər ehtimala qarşı görək ki, bizi aldatmaqla məşğul olurlar, ya yox", - deyə Ağ Ev rəhbəri qeyd edib.

O, əlavə edib ki, yeni razılaşmaların müddəalarını görmək istəyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti