Qənirə Paşayeva Sivasda Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib

10-05-2018, 19:03
Oxunub: 137
Media nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib


Millət vəkili Qənirə Paşayeva Sivasın ən böyük parkı Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib.

APA-nın xəbərinə görə, Türkiyənin ən böyük bölgələrindən biri olan qədim Sivas vilayətində Azərbaycan-Qarabağ parkı və  Şəhidlər abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Sivasın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir. Sivasın mərkəzində yerləşən parkın və abidənin açılışında iştirak edən Sivas bələdiyyə başqanı Sami Aydın deyib ki, Azərbaycan- Qarabağ parkı və Şəhidlər abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə hazırlanıb.

Açılışda Azərbaycan və Türkiyə rəsmiləri,  Türkiyənin təhsil naziri İsmet Yılmaz,  Sivas bələdiyyəsinin rəhbəri Sami Aydın, Sivas valisi Davut Gül, QHT, media nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

Bələdiyyə başqanı Sami Aydın hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyib, yeni açılan parkın və abidəsinin Sivasda böyüyən gənc nəsillər üçün önəmindən danışıb.

Türkiyənin Təhsil naziri İsmet Yıldız çıxışında "Dağlıq Qarabağ hər zaman Azərbaycanın bir parçası olub və olacaq.  Torpaqların işğaldan azad edilməsində Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycanın işğal edilmiş torpaqları qısa zamanda azad edilməlidir", - deyə bildirib.

İsmət Yıldız Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da güclənəcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır: “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik”.

Millət vəkili deyib ki, bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir: “Eyni zamanda dosta da düşmənə də bir mesajdır. Torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil”.

Açılışdan sonra abidənin önündə toplaşan qonaqlar Sivasın mərkəzindəki Azərbaycan-Qarabağ parkının və Şəhidlər abidəsinin bundan sonra sivaslıların ən çox ziyarət yerinə çevriləcəyini deyiblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti