ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133,8 mlrd. dollar gəlir əldə edib

10-05-2018, 16:50
Oxunub: 286
2001-ci ildən bu il mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131,309 mlrd. dollar gəlir əldə olunub


İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 133,815 mlrd. ABŞ dolları daxil olub.

Report bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131,309 mlrd. dollar gəlir əldə olunub. Bu məbləğin 2,823 mlrd. dolları bu il daxil olan vəsaitin payına düşüb.

2007-ci ildən bu il mayın 1-dək “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 mlrd. dollar daxil olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti