Azərbaycan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2018, 10:56
Oxunub: 273
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib


Bu gün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

Etatist.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları mərhum prezident məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti