11 ayda 1065 nəfər avtomobil qəzasında ölüb

13-12-2012, 11:47
Oxunub: 1171


Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin 11 ayında respublikanın avtomobil yollarında 2706 yol qəzası qeydə alınıb. Nəticədə 1065 nəfər ölüb, 2845 nəfər isə xəsarət alıb.  

K. Əliyev, həmçinin qeyd edib ki, qəzaların 964-ü piyadaların vurulması ilə bağlı olub. Nəticədə 347 piyada ölüb, 690 nəfər isə xəsarət alıb.
Bu il baş verən yol qəzalarında 72 azyaşlı uşaq dünyasını dəyişib, 232 uşaq xəsarət alıb. 

 

 

 APA

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti