ABŞ prezidenti İrana qarşı geniş koalisiya yaradır

9-05-2018, 11:06
Oxunub: 260
"Prezident Tramp İranın nüvə silahına gedən bütün yollarını bağlayacaq"


ABŞ prezidenti Donald Tramp ətrafına İrana qarşı koalisiya toplayır.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.

"Prezident Tramp İranın nüvə silahına gedən bütün yollarını bağlayacaq və İran rejiminin zərərli fəaliyyətinə qarşı var gücü ilə müqavimət göstərəcək ölkələrdən ibarət geniş koalisiyasının yaradılması üzərində işləyəcək. Ölkələr İranın regional hegemonluğa yönəlmiş sabitliyi pozan cəhdlərinin qarşısını almaq üçün birgə işləməlidir", - deyə Ağ evin bəyanatında bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti