Ekologiya və təbii sərvətlər naziri Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

8-05-2018, 15:57
Oxunub: 384
Nazirliyin Mətbuat xidmətindən məlumat verilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

Bu barədə Report-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti