Sabaha olan hava proqnozu

7-05-2018, 14:20
Oxunub: 383
Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir


Mayın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti