II və III ixtisas qrupunun abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

7-05-2018, 11:11
Oxunub: 406
Sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır


Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən Report-a verilən məlumata görə, mayın 13-də II və III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti