Trampla Tereza Mey arasında telefon danışığı olub

6-05-2018, 03:51
Oxunub: 377
Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər


ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə lideri ticarət məsələlərini, Şimali Koreyanın nüvəsizləşdirilməsini, İranın nüvə dosyesini və Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər.

Mətbuat xidmətinin xəbərində qeyd edilir ki, iki lider xüsusi olaraq Çinlə ədalətli və ikitərəfli ticarətin inkişafını müzakirə edib. Şimali Koreyanın lideri Kim Çen Inla görüşü planlaşdırılan prezident Tramp Şimali Koreyanın nüvəsizləşdirilməsi cəhdini vurğulayıb. Bəyanata əsasən, ABŞ prezidenti həmçinin İranın heç vaxt nüvə silahını əldə etməyəcəyinə təminat verməyə hazır olduğunu vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti