Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

17-05-2013, 18:39
Oxunub: 763


Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər

Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Etatist.com-un apa-ya istinadən məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
 
Həmsədrlər və nazirlər sülh prosesini irəli aparmağın mümkün yollarını müzakirə ediblər. Elmar Məmmədyarov və Edvard Nalbandyan həmçinin mövcud durumu dəyərləndirib və regionda sülhün bərqərar olması işinə bağlılıqlarını bir daha təsdiqləyiblər.
 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti