Sabah Bakının bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

1-05-2018, 18:27
Oxunub: 181
“Azərsu” ASC abonentlərdən üzr istəyir


Sabah gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Report-a “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti