Azərbaycanın "Mübariz" snayperi- Foto

17-05-2013, 13:10
Oxunub: 6460


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 12.7 mm çaplı "Mübariz" snayper tüfənginin bu il silahlanmaya qəbul olunması gözlənilir.

Etatist.com-un xəbərinə görə, bu barədə APA-ya MSN-dən məlumat verilib.

Ötən həftə İstanbulda keçirilən beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən 12.7x108 mm çaplı "Mübariz" "İstiqlal" antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.

Snayper tüfəngi Azərbaycan istehsalı olan optik nişangahla komplektləşdirilib ki, bu da 2 min metr məsafədə hədəflərə atəş açmağa imkan verir.

Nazirlikdən bildirilib ki, bu il həmçinin 14.5 mm çaplı "İstiqlal" antimaterial snayper tüfənginin təkmilləşdirilmiş modeli olan "İstiqlal-T" tüfənginin testləri davam etdiriləcək. Bu silah öz sələfindən bir sıra dəyişikliklərlə fərqlənir və çəkisi 7 kq azaldılaraq 28 kq-a endirilib.

Qeyd edək ki, Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış 14.5 mm çaplı «İstiqlal» snayper tüfəngi hazırda dünyada öz sinfində ən yaxşı silahlar sırasında yer alır. Tüfəng atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu tüfəng hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində tətbiq edilir.

"İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adlandırılıb.
Azərbaycanın "Mübariz" snayperi- Foto
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti