Balzak - Romanda təsvirin ustası

30-04-2018, 15:00
Oxunub: 1636
"Yazıçı 20 illik ədəbiyyat həyatında 100-ə yaxın roman və hekayə qələmə alıb"


Əsl adı Honore Balssa olan Onore de Balzakın həyatdan köçdüyü gündən 168 il keçir. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olaraq tarixə keçən Balzak ədəbiyyatda təsvir etmənin atalarından biri sayılır. “Hər böyük sərvətin arxasında bir cinayət gizlidir” fikrinin sahibi olan yazıçı “Kəndli üsyanı”, “Qorio ata”, “Vadidəki zanbaq”, “Bəşəri komediya” və “Nəzakətli fahişələrin ehtişamı və səfaləti” kimi məşhur romanları qələmə alıb.

20 ilə 100-ə yaxın əsər

“Həyat hər kəs üçün əziyyətdir, çünki mənim boş yerə arzularıma sahib olmuş neçə-neçə insanlar gördüm, onlar da məsud deyil” deyən Balzak çətin uşaqlıq dönəmi keçirib. Hüquq təhsilini yarıda buraxıb bir çox uğursuz iş təcrübəsinin ardından ədəbiyyata istiqamətlənən yazıçı 20 illik ədəbiyyat həyatında 100-ə  yaxın roman və hekayə qələmə alıb. 1829-cu ildə yazdığı "Les Chounas" adlı türkcəyə 1974-cü ildə "Kəndli üsyanı" və 1977-ci ildə "Şuanlar" olaraq tərcümə edilən tarixi roman Balzakın ədəbiyyat dünyasında tanınmasına səbəb oldu. O, 1830-cu ildən sonra bir cəmiyyət tarixi yazmaq məqsədi ilə köhnə və yeni romanlarını üç hissə altında toplamağa qərar verdi: adət-ənənələr haqqında, fəlsəfi, təhliledici araşdırmalar. Bu layihə 1834-1837-ci illər arasında 12 cild şəklində həyata keçirildi. 1840-cı ildə Balzak bu yaratdığı layihələrin hər birinə Danteni xatırladacaq bir başlıq qoydu: "Bəşəri komediya". 1842-1848-ci illər arasında 17 cildi, 1869-1876-cı illər arasında isə 24 cildi nəşr edildi. Əsərlərində eyni obrazlara təkrar-təkrar yer vermək fikrini inkişaf etdirən Balzak bunu həqiqiliyin ən əsas romanı qəbul edilən və 1834-cü ildə nəşr olunan "Qorio ata" romanı ilə gerçəkləşdirmiş oldu.

Həqiqiliyin önçüsü

1850-ci ildə 51 yaşında 18 ildir sevgisini davam etdirdiyi Kontes Evelina Hanska ilə evləndikdən iki ay sonra həyatdan köçən Balzak arxasında 85 tamamlanmış, 50-si qaralama şəklində olan bir çox əsər buraxdı. “Gözəl imperiyada insan ancaq körpə ikən bolca gülər. Həyat nərdivanını çıxdıqca bu ürəkdən gülmək, yağı bitmiş lampa kimi sönər. Bu da o mənaya gəlir ki, xoşbəxt olmaq üçün insanın məsumiyyətə və təmiz qəlbliliyə ehtiyacı var. Bu xüsusiyyəti olmayan insanlar dodaqlarını büzər və sanki bir pisliyi gizləmək istəyərcəsinə üzünün ifadəsini dəyişər” deyən Balzak gerçəkçilik axınının birincilərindən qəbul edilən, məntiqi cəhətdən bir-birini izləyən hadisələrin hər şeyi görən bir müşahidəçinin ağızdan danışılan əsərlər bəxş edib. Obrazların yerli-yerində təqdim edildiyi, qaydaları bəlli klassik romanların texnikasını Balzakın özünün yaratdığı başa düşülür. İnanılmaz bir müşahidə qabiliyyətinə və güclü bir yaddaşa sahib olan Balzak əsərlərində səbəbləri, arxa planla obrazlar arasındakı əlaqəni izah etməkdə həqiqi bir ustadır.
Tərcümə: Nəcəf Əsgərzadə
Mənbə: insanokur.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti