Cənubi Koreya ABŞ və KXDR ilə üçtərəfli sammit keçirməyə hazırlaşır

30-04-2018, 11:30
Oxunub: 346
"Mayda ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi təsdiq edilib"


Cənubi Koreya bu ilin iyun-iyul aylarında ABŞ və KXDR ilə üçtərəfli sammit keçirilməsinə hazırlaşır.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya "Munhva İlbo" qəzeti məlumat yayıb.

"İyun-iyul aylarında Cənub-Şimal və ABŞ arasında yüksək səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir. Mayda isə ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi təsdiq edilib", - qəzetdə yazılıb.

Nəşrin yazdığına görə hər şey rəvan gedərsə, bu il Şimali Koreya və Yaponiya arasında münasibətlər normallaşa və Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi üzrə "yol xəritəsi"nin həyata keçirilməsi ilə bağlı altıtərəfli danışıqlar bərpası mümkün ola bilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti