Niyyətlər, davranışlar və ardındakı gerçəklər

29-04-2018, 16:00
Oxunub: 1670
Bir çox mənfi düşüncə və problemli davranışın səbəbi fərdin keçmiş və gələcək ilə olan əlaqəsini doğru tərzdə inkişaf etdirməməsidir


Bizləri fərqli düşünməyə cəlb edən hər dəfə səmaya baxdığımız zaman müxtəlif hisslər keçirməyimizdirmi? Yoxsa bu dəyişikliyə səbəb göy üzünün özüdürmü? Hər səhər yuxudan oyananda xoşbəxt və ya qaşqabaqlı olmağımıza nəyin səbəb olduğunu bilirikmi? Heç tanımadığımız bir insana sadəcə mimikasına və ya istifadə etdiyi hansısa bir aksessuarına görə əsəbləşə bilərikmi? Hansı duyğu vəziyyətlərinə bələdik? Hansılarına nifrət edirik? Bəzi hiyləgər niyyətləri niyə təkcə biz başa düşürük? Niyə yeni tanıdığımız dostumuzun ona görə adi davranışı bizi narahat edir? Bəs niyə bəzən bəzi insanların bizə qarşı olduqlarını, haqqımızda pis düşüncələrə sahib olduqlarını, məhz bizi əsəbiləşdirmək üçün belə davrandıqlarını və düşməncəsinə hərəkətlər etdiklərini düşünürük?

Narahat olmayın, heç birimiz obsessiv narahatlıqları olan, paranoyak düşüncələrə sahib şizofren deyilik. Hər nə qədər bəzən düşüncələrimizdə o nöqtələrə qədər gəlmiş olsaq da, hazırda frontal korteksimiz bizi daha sağlamfikirli olmağımız üçün dəstəkləyir.

Əsl kəşf edilməli olan bütün bu mənfi hesab etdiyimiz cümlələrin ardında olan həqiqətlərdir. Bir çox mənfi düşüncə və problemli davranış, fərdin keçmiş və gələcək ilə olan əlaqəsini doğru tərzdə inkişaf etdirməməsi səbəbindən var. Əksərən zaman məfhumu iki tərəfli bir təsirə malikdir. Keçmiş və gələcək. Bu iki zaman hissi də öz növbəsində iki tərəfli bir təsir yaradır: müqayisə və mühakimə. Müvəqqəti baş verən neqativ halları düzəltməyin ən yaxşı üsulu isə indi və burada olmaq halıdır.

Zaman paradoksuna qapılan insan əvvəlcə keçmiş həyatındakı uşağı böyütmədən bu günə gətirir. Əli belində dostundan küsmüş, barmaqlarından birini qarşısında dayanan insana sallayan və səsi çatdığı qədər bağıran bir qız, yaxud dilini çıxarmış, “sən görəcəksən” deyərək qarşında dayanan və ona zərər vermək istəyən uşağı qardaşına şikayət edən bir oğlan...

Tanış gəlməsi baxımından davranış nümunələri mühafizə edilir. Hətta bu gün də rast gəlinən mənfi hadisələr reallıqda keçmişlə hesablaşmaqdan başqa bir şey deyildir. Səsiniz çatdığı qədər bağırdığınız insan o illərdəki olan 7 yaşında qonşunun qızı, dil çıxararaq şikayət etdiyiniz isə küçənizdə sizdən 2 yaş böyük olan dəcəl oğlandan başqası ola bilməz. Yəni demək istədiyim problemli bir mühitlə bu gün qarşılaşılmağı, hazırkı bir an ilə yox, məchul zaman ilə əlaqəli ola bilər.

Zaman anlayışının ikinci yəni gələcək periodu isə xəyalların, düşüncələrin, hisslərin, xəyalüstü fantaziyaların təşkil olduğu bölümdür. Özümüzü ifadə etdiyimiz kimi. Elə gördüyümüz, lakin heç kəsin bilmədiyi bir həqiqət meydançası inşa etdiyimiz qurmacalar dünyası... Özümüzü necə ifadə etsək, mənliyimiz də həmin ifadə etdiyimiz qavram ilə digər qazandığı, yaxud itirdiyi zamanın gələcək tipidir. Gələcəkdə çox güclü olacağı ilə bağlı verilən özünəinamını yeniləyən sözlər olduğu qədər, qorxulan hadisələrin başa gəlməsinin istənilmədiyi və gəlməməsi üçün bir növ batil ritualların gecikdirilməyə çalışıldığı gələcək... Amma təəssüf ki, gələcək.

Adətən fərd mənfi şəraitləri özü təşkil edib "belə olacağı aydın idi" deyə bilmək üçün də gələcək zaman təşkil edə bilər. Qəribə bir psixologiya kimi görünsə də, belə hallardan xoşu gələn insanların varlığını yox hesab edə bilmərik. Belə bir anlayış başqasına dərs keçə bilmək üçün özünə ziyan vurmaq tərzində ola biləcəyi kimi passiv aqressiv reaksiya da ola bilər.

Zaman anlayışına düzgün tərzdə məna verə bilməyən fərd üçün birləşdirilmiş bir qaydalar toplusu yaranmağa başlayır. Artıq həyatındakı özünüqəbuletmə şəkli, gözlədikləri, bəhanələri, önyarğıları, son rəftarları, qısacası şüurlu dəyişmələri hərəkətə keçir. Öz mənlik anlayışı və digər ölçüləri dəyişməyə, fərqli və istiqamətli başa düşməyə, nəticələr və xüsusi olduğunu hesab etdiyi eyni ssenariləri oynamağa başlayar. Sadəcə özü üçün yox, ətrafını da bu girdabın içinə daxil etmək üçün mübarizə apardığı funksiyasız bir həyat təsəvvür edər.

Bütün bu mənfi tablo həyatdan zövq almamağa, heç kəs üçün bir şey etməməyə və nəticədə çəkingən biri olmağa qədər davam edə bilər.

Həyatımızın müəyyən bir dövründə özümüzü bağışladığımız bəzi hadisələr mənliyimiz yaranarkən səhv dəyər qazanmağımıza səbəb ola bilər. Məsələn, sevimli olmayan, kök, tənbəl, axmaq və sair. Bu və buna bənzər bəzi anlayışlar şəxsiyyətimiz formalaşmağa başladığı dövrlərdə bizi aşağıya doğru çəkən mənfi inanclar yaradır. Özək inanc da deyilən bu anlayışlar mənfi ola biləcəyi kimi müsbət də ola bilər. Məsələn, uğurlu, sevimli, ağıllı, üstün və sair. Bütün bunlar özümüzə verdiyimiz dəyərləri yüksəldə, yaxud azalda bilər.

Başlanğıcda bütün insanlar xoş niyyətlə dünyaya gələr. Bu niyyət daxilində düzgün hərəkətlər edər. Bu davranışlar mənliyin dəyərini artırır.

Yoxsa göy üzü bu qədər fərqli görünüb, bu qədər gözəl ola bilərdimi?
Tərcümə: Günay Əliyeva
Müəllif: Ərtan Yavuz
Mənbə: "Düşünbil" portalı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti