Bill Qeyts öz "yerinə" qayıtdı

17-05-2013, 11:24
Oxunub: 1231


 

"Microsoft” şirkətinin quruusu Bill Qeyts yenidən dünyanın ən varlı adamı olub.
 
Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, bu, hər gün yenilənən "Milyarderlərin indeksi”ndə yer alıb.
 
Bill Qeyts sonuncu dəfə 2007-ci ildə bu reytinq siyahısına başçılıq edib. Dünən 57 yaşlı Bill Qeytsin var-dövlətinin dəyəri 72,7 milyard dollara çatıb. Bu, keçən illə müqayisədə 10 milyard dollar çoxdur. Bill Qeyts bununla da milyarderlər siyahısına başçılıq edən meksikalı mediamaqnat Karlos Slimi 550 milyon dollar qabaqlayıb. Karlos Slim hazırda bu siyahının ikinci pilləsində qərarlaşıb. "America Movil” telekommunikasiya imperiyasının sahibi olan 73 yaşlı Karlos Slim ilin əvvəlindən 2 milyard dollar kasıblayıb və hazırda 72,1 milyard dollar sərvəti var.
 
Milyarderlərin reytinq siyahısında üçüncü yerdə isə 59,6 milyard dollarla sərmayəçi Uorren Baffet qərarlaşıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti