Moskvada terror aktının qarşısı alınıb

27-04-2018, 16:04
Oxunub: 210
Rusiya FTX əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb


Moskvada terror aktının qarşısı alınıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb.

FTX-nin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslər paytaxta Novıy Urenqoy şəhərindən gəliblər. Onlar Moskva ərazisində bir sıra ağır terror hücumları planlaşdırırdılar.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmçinin Novıy Urenqoy şəhərində xüsusi əməliyyat keçirilib. Nəticədə 20 nəfər saxlanılıb. Araşdırma zamanı onların üzərində İŞİD-in fəaliyyətini təbliğ edən materiallar aşkar edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti