“Microsoft” xalis mənfəətini 2,3 dəfə azaldıb

27-04-2018, 11:15
Oxunub: 84
“Microsoft” şirkətinin maliyyə ilinin III rübündə xalis mənfəəti 35% artaraq 7,424 mlrd. dollar olub


“Microsoft” şirkəti 2017-2018-ci illər üzrə 9 aylıq gəlirlərini açıqlayıb.

APA-Economics-in xarici mətbuata istinadla verdiyi məlumata görə, maliyyə ilinin yekunlarına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalaraq 7,698 mlrd. dollar, gəlirləri isə 13% artaraq 80,275 mlrd. dollar olub.

Bundan başqa, “Microsoft” şirkətinin maliyyə ilinin III rübündə xalis mənfəəti 35% artaraq 7,424 mlrd. dollar olub.

“Bulud xidmətləri sektorundan əldə olunan gəlirlərin 58 faiz artımı hesabına bu rüb gəlir və əməliyyat mənfəətimizdə 10 faizdən çox artım oldu. Bu, biznesin bütün seqmentlərində gözlədiyimizdən artıq nəticədir”, - deyə şirkətin baş maliyyə direktoru Emi Hud vurğulayıb.

Qeyd edək ki, “Microsoft” şirkətində maliyyə ili iyulun 1-dən başlayır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti