Azərbaycan prezidenti Niderland kralını və CAR liderini təbrik edib

26-04-2018, 18:58
Oxunub: 123
"Dost xalqınıza sülh və firavanlıq arzulayıram"


Azərbaycan prezidenti İlham Əliyev Niderland kralı Villem-Aleksandra məktub göndərib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

İ. Əliyev həmçinin Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafozanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti