"Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq uğurla davam etdirilir"

26-04-2018, 18:46
Oxunub: 204
Azərbaycan hökumətinə minnətdarlığını bildirib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.

Komitədən Report-a verilən məlumata görə, Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Komitə sədri Rövşən Rzayev təbrikə görə təşəkkür edib və Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonar da uğurla icra olunacağına əminliyini ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti