Dünya Bankı: “Bu il neftin orta illik qiyməti 65 dollar/barel olacaq”

26-04-2018, 15:46
Oxunub: 249
Bankın analitiklərinin proqnozlarına görə, bu il neft, qaz və kömürün qiyməti 20% artacaq


Bu il neftin orta illik qiyməti 65 dollar/barel təşkil edəcək.

Report xəbər verir ki, bu barədə Dünya Bankının “Əmtəə Bazarları proqnozu”nda qeyd olunub.

Bankın analitiklərinin proqnozlarına görə, bu il neft, qaz və kömürün qiyməti 20% artacaq.

Dünya Bankı gələn il də neftin orta qiymətinin 65 dollar/barel olacağını proqnozlaşdırır.

2017-ci ildə neftin orta illik qiyməti 53 dollar/barel təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti