“Türkiyənin “S-400” almasına alternativ təklifləri araşdırırıq”

26-04-2018, 15:35
Oxunub: 194
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib


NATO və ABŞ Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksini alması məsələsinə alternativ təklifləri araşdırır.

Report TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq quruma üzv dövlətlərin xarici işlər nazirlərinin aprelin 27-də keçiriləcək toplantısı ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, o, bir müddət əvvəl Türkiyənin “S-400” əldə etməsi hüququnun olduğunu bildirmişdi. NATO-nun keçiriləcək məlum toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti