ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib

26-04-2018, 10:36
Oxunub: 347
Bu, 2018-ci ildə bu tip raketin ilk sınağı idi


ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bu, 2018-ci ildə bu tip raketin ilk sınağı idi, sonuncu buraxılış 2017-ci ilin avqustunda baş tutub. Sınaq ilkin olaraq fevral ayına planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib.

Raket döyüş başlığı ilə təchiz olunmayıb. Sınaq uğurlu olub, raketin əsas hissəsi hədəfə çatıb. Sınaq Kaliforniyanın cənubundakı Vandenberq bazasında həyata keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti