Avropa İttifaqının ən çox dövlət borcu olan ölkələri açıqlanıb

25-04-2018, 17:38
Oxunub: 215
ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkə Yunanıstandır


 Avropa İttifaqının (Aİ) Statistika xidməti Təşkilatın ən çox dövlət borcu olan ölkələrini açıqlayıb.

Report "Qazeta.Ru"ya istinadən xəbər verir ki, 2017-ci ilin dördüncü rübünə olan statistikaya əsasən, ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkələr Yunanıstan (178,6%), İtaliya (131,8%), Portuqaliya (125,7%), Belçika (103,1%) və İspaniyadır (98,3%).

Ən yaxşı göstəricilər isə Estoniya (9%), Lüksemburq (23%), Bolqarıstan (25,4%), Çexiya (34,6%) və Rumıniyada (35%) qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti