Rumıniya prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

25-04-2018, 17:35
Oxunub: 63
"Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm"


Rumıniya prezidenti  İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Əziz cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq. Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti