Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

25-04-2018, 17:01
Oxunub: 77
Zakir Həsənov aprelin 26-da Pekin şəhərinə yola düşəcək


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində ÇXR-in hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti