Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

25-04-2018, 16:54
Oxunub: 281
XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmmədcavad Zərif aprelin 28-də Moskvada görüşəcək.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, bu, aprelin 15-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyada Bəşşar Əsəd rejiminə məxsus kimyəvi obyektləri bombalamasından sonra nazirlərin ilk görüşdü. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti