İSB ötən ili 546 min manatlıq mənfəətlə başa vurub

25-04-2018, 11:18
Oxunub: 113
Hesabat dövründə şirkətin öhdəlikləri 14,5% artaraq 7 mln. 563,260 min manat olub


İcbari Sığorta Bürosu ötən il aktivlərini artırıb.

APA-Economics İSB-nin saytında yer alan hesabata əsasən xəbər verir ki, İSB-nin məcmu aktivləri 2016-cı illə müqayisədə 4,35% artaraq 36 mln. 68,831 min manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 14,5% artaraq 7 mln. 563,260 min manat olub.

2017-ci ildə İSB-nin cəmi gəlirləri 9 mln. 95 min 334 manat, cəmi xərcləri 8 mln. 549 min 623  manat olub.

Büro ötən ili 545,711 min manat xalis mənfəətlə başa vurub.

 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti