Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib

25-04-2018, 10:19
Oxunub: 162
Mayın 1-i və 4-ü keçiriləcək plenar iclaslarda gündəliyə 52 məsələ daxil edilib


Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, mayın 1-i və 4-ü keçiriləcək plenar iclaslarda gündəliyə  52 məsələ daxil edilib. Bunların arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sosial sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarının qorunması haqqında” və digər qanunlara dəyişikliklərə dair layihələr var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti