Azərbaycan "Euro 5" standartına uyğun benzin ixrac edəcək

24-04-2018, 17:53
Oxunub: 116
"Zavodda aparılan işlərdən sonra illik benzin istehsalının həcmi 2,2 mln.ton təşkil edəcək"


 Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan modernizasiya və rekonstruksiya işlərindən sonra burada istehsal olunan benzinin 25%-i ixrac ediləcək.

Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi bildirib.

O qeyd edib ki, Zavodda aparılan işlərdən sonra illik benzin istehsalının həcmi 2,2 mln.ton təşkil edəcək:"Bu həcmin isə 75%-i daxili bazara yönəldiləcək, 25%-i ixrac olunacaq. Zavodda istehsal olunacaq benzin "Euro-5" standartına cavab verəcək və benzin istehsalı ümumi istehsalın 29%-ni təşkil edəcək. İstehsal olunacaq benzinin 16%-nin "Ai-92", 13%-nin "Ai-95" markalı benzin olması planlaşdırılır".

Qeyd edək ki, zavodda hazırda ancaq 92 markalı benzin istehsal olunur və istehsal olunan bütün həcmlər daxili bazara yönəldilir.

Qeyd olunub ki, yenidənqurmadan sonra zavodda dizel yanacağı istehsalının 2,9 mln.tona qədər artması gözlənilir ki, bu da ümumi istehsalın 39%-ni tutacaq. "Euro-5" standartına cavab verəcək dizel yanacağının 40%-i ixrac ediləcək, 60%-i isə daxili bazarda realizə olunacaq.

Zavodda ildə 1 mln.ton həcmində təyyarə yanacağı istehsal olunacaq. Bu isə ümumi istehsalın 13-%-ni təşkil edəcək. İstehsal olunan təyyarə yanacağının 40%-nin ixrac olunması,60%-nin daxili bazara yönəldilməsi planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti