“Saudi Aramco” neft ticarətini 4 dəfə artıra bilər

24-04-2018, 17:33
Oxunub: 206
Hazırda neft məhsulları ilə ticarətin həcmi təxminən 1,5 mln. barreldir


“Saudi aramco” şirkəti neft və neft məhsullları ilə ticarətin həcmini 2020-ci ilə gündəlik 6 mln. barrelə çatdırmağı planlaşdırır.

Report-un verdiyi xəbərə görə, bu barədə “Aramco Trading”in rəhbəri İbrahim Al-Buainain “Reuter” agentliyinə müsahibəsində məlumat verib.

Şirkətin məlumatına əsasən, hazırda neft məhsulları ilə ticarətin həcmi təxminən 1,5 mln. barreldir.

"Aramco Trading" ticarətin həcminin artırılması üçün bu ilin 3-cü rübündən etibarən Sinqapurdakı şöbəsi vasitəsilə Asiyada ticarətə başlayacaq, 2019-cu ildə isə şirkət Avropada nümayəndəliyini açacaq. Bununla belə, baş ofis isə yenə də Dahranda (Səudiyyə Ərəbistanı) saxlanılacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti