"Artıq "SOS" siqnalı verilməlidir"

12-12-2012, 18:59
Oxunub: 3073


Artıq demək olar ki, hər gün əsgər ölümlərilə bağlı xəbər eşidirik. Özü də düşmən gülləsilə şəhid olan yox, intihar edən, xəstəlikdən ölən və s. Üç gün əvvəl DSX-də əsgərin bıçaqlanıb öldürülməsindən, heç Dövlət Sərhəd Xidmətinin Əməliyyat Növbətçisinin xəbəri yox idi. Ən azından özü belə deyirdi. DSX-nin Mətbuat Xidmətindən isə telefonlara cavab verən olmadı.

Sonra Müdafiə Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlamağa çalışdıq. Bu da alınmadı. Nə isə... Nəticə budur ki, Azərbaycan əsgəri ölür və bu rəsmilərin vecinə deyil.

 

Hüquqşünas İradə Cavadova Etatist.com-a, əsgərlərin ölümü ilə bağlı başlıca olaraq, dövlətin məsuliyyət daşıdığını bildirdi: "Baxmayaraq ki, gənclər hərbi xidmətə getməmişdən qabaq tibbi komisiyadan keçir, amma biz yenə də əsgər ölümləri ilə bağlı xəbərlər eşidirik. Buna birmənalı olaraq məsuliyyət dövlətin üzərindədir".

Əsgər ölümlərinin ciddi araşdırılmalı olduğunu bildirən hüquqşünas, bu barədə valideyinlərin də tam şəkildə məlumatlandırılmasının vacibliyini açıqladı. 
"İntihar məsələsi isə çox ciddi bir məsələdir. Mən belə düşünürəmki burda artıq "SOS" siqnalı çalınmalıdır. Çünki, bu artmaqda davam edir və bunun səbəblərini araşdırmaq lazımdır. Əsgərin niyə intihar etdiyini, nədən şikayətçi olduğunu öryənmək lazımdır. Bəzən elə olurki deyirlər ehtiyatsızlıqdan ölüb amma, valideynin əlində faktlar olur ki, o əskər başqası tərəfindən qətlə yetirilib. Təbii ki, bu çox ciddi məsələlərdir və bu məsələlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır." İradə Cavadova belə deyib.

 

Azad İsazadə isə hərbi hissədə hansısa səbəbdən ölüm hadisəsi baş verirsə, bunda komandirin məsuliyyət daşıdığını bildirdi: "Fərq etmir bu döyüş vaxtı baş verib yoxsa sülh şəraitində. O, Cavab verməlidir, səbəbi araşdırmalıdır və sübut etməlidir ki başqa yol yox idi, döyüş zamanı itki olmalı idi. Əgər döyüş zamanı yox, hansısa təlim vaxtı, istirahət vaxtı, yemək vaxtı ölübsə hər bir halda hərbi hissənin komandiri cavab verməlidir."

Şərhlər : 2 Şərh yaz
Shamil 13 dekabr 2012 12:58  
Buna hec kim fikir vermez. Memurlarin usaqlarindan kimse esidib ki esgerlikde olsun? men esitmemisem. olsa bele adi gedir ozu yox.
Saleh 13 dekabr 2012 20:48  
Bir ayın əsgərinə komandir neyləsin, buna cavabdeh Hərbi komisardı, 41 kg olan uşağı əsgər aparırlar.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti