ABŞ Senatının komitəsi dövlət katibi postuna Pompeonun namizədliyini təsdiqləyib

24-04-2018, 04:48
Oxunub: 139
Hazırda dövlət postuna namizədlik üzrə səsvermə Senatın ümumi iclasına çıxarılıb


ABŞ prezidenti tərəfindən dövlət katibi vəzifəsinə təklif olunan Mayk Pompeonun namizədliyini Senatın Xarici İşlər Komitəsi təsdiq edib.

Report xəbər verir ki, hazırda dövlət postuna namizədlik üzrə səsvermə Senatın ümumi iclasına çıxarılıb.

Senatın profil komitəsində əksəriyyət prezident Donald Trampın həmpartiyalıları olan respublikaçılara məxsusdur. Bu səbəbdən Trampın namizədini komitənin əksəriyyəti dəstəkləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti