Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib

23-04-2018, 19:57
Oxunub: 361
Ə.Qarayev də bundan əvvəl mədəniyyət və turizm naziri idi


Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib. 

Report-un məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Ə.Qarayev də bundan əvvəl mədəniyyət və turizm naziri idi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti