Azərbaycanın ekologiya və təbii sərvətlər naziri dəyişib

23-04-2018, 19:33
Oxunub: 385
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub. 

Report-un məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. 

Qeyd edək ki, M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib. Bundan əvvəl ekologiya və təbii sərvətlər naziri isə Hüseynqulu Bağırov idi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti