"Bu gün AŞPA daxilində böhran mövcuddur"

23-04-2018, 19:15
Oxunub: 128
"AŞPA üzvləri arasında bərabərlik prinsipi əsasında bölüşdürülməlidir"


"Biz Azərbaycanı tənqid atəşinə tutmamalıyıq. Əksinə, biz vəziyyətin yaxşılaşdırılması naminə qərarlar qəbul etməliyik". 

Report-un Qərbi Avropa bürosu xəbər verir ki, bunu İsveçrədən olan deputat Alfred Heer Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, bu gün AŞPA daxilində böhran mövcuddur: "Bir tərəfdən, biz AŞPA-dakı çıxışların Avropa xalqının hüquqlarını müdafiə etməkdənsə, milli siyasətlərə həsr olunduqlarını müşahidə edirik. Digər tərəfdən isə qurumda təmsil olunan bir sıra qrupların xeyli səlahiyyətə və beləlikdə, qərarların qəbul olunmasında daha artıq təsir hüququnq malik olduqlarını görürük. Halbuki bütün hüquqlar AŞPA üzvləri arasında bərabərlik prinsipi əsasında bölüşdürülməlidir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti