"AŞPA-ya təqdim olunan hesabat Azərbaycanın nüfuzuna xələl vurmağa çalışan qüvvələrin işidir"

23-04-2018, 18:48
Oxunub: 136
"AŞPA-da ədalətsiz qərarların qəbul olunduğunu nümayiş etdirir"


"AŞPA-ya təqdim olunan hesabat Azərbaycanın nüfuzuna xələl vurmağa çalışan qüvvələrin işidir". 

Report-un Qərbi Avropa bürosu xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını tədqiq edən müstəqil araşdırma qrupunun hesabatına münasibət bildirərkən deyib. 

Milli Məclisin deputatı jurnalistləri AŞPA-nın tərkibində korrupsiya iddialarını tədqiq edən müstəqil araşdırma qrupunun hesabatının 43-cü paraqrafını yenidən gözdən keçirməyə dəvət edib: "Burada adları çəkilən şəxslərin korrupsiyaya heç bir aidiyyəti yoxdur. Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr Avropa Şurasının özünə ziyan vururlar. Çünkü burada deyilənlər, burada qəbul edilən qərarlar ədalətli olmalıdır. Lakin bu hesabat AŞPA-da ədalətsiz qərarların qəbul olunduğunu nümayiş etdirir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti